Fizioterapiya və tibbi reabilitasiyaFizioterapiya və tibbi reabilitasiya

Fizioterapiya və tibbi reabilitasiya

Fizioterapiya və Reabilitasiya bölməsi beynəlxalq standartlarda xəstə baxımı və rahatlığı nəzərə alınaraq dizayn edilmiş, müasir tibbi texnologiyası ilə təchiz edilmişdir. Bölməmiz xəstəliyin simptomlarının qiymətləndirildiyi və müalicə protokoluna qərar verildiyi Poliklinika Bölməsindən, Elektroterapiya bölməsindən, Reabilitasiya bölməsindən və Stasionar Xəstə bölməsindən ibarətdir.

Müalicə prosedurlarını multidisiplinar strukturda reallaşdıran bölməmizdə Nevroloji və Ortopedik Reabilitasiya xidməti, sümük və əzələ xəstəliklərinin diaqnoz və müalicəsi təqdim olunur. İnsult sonrası hemiplegiya, Onurğa beyni yaralanması sonrası paraplegiya və tetraplegiya, Kəllə-beyin travması, Parkinson, Dağınıq Skleroz, Guillain-Barré sindromu, Transvers miyelit xəstələri, üst və alt üzvlərin yaralanması, qırıq əməliyyatı sonrası reabilitasiya ehtiyacı olan xəstələr, Osteoporoz, Osteoartrit, bel və boyun disk yırtıqları, Revmatoloji xəstəliyi olanlar bölməmizə müraciət edə bilərlər.

Fizioterapiya və tibbi reabilitasiya
Fizioterapiya və tibbi reabilitasiya

Xidmətlər və müalicə

Yeni xidmət və avadanlıq

  • CPM cihazı (Continuous Passive Motion) – əməliyyatlardan sonra diz oynağının hərəkətliliyinin bərpası
  • Uzm.Dr. Günay Səfərovanın müalicə sahələri: Nevroloji reabilitasiya (Parkinson, Dağınıq Skleroz, Mono və Polinevropatiyalar, Miyopatiyalar), Ortopedik reabilitasiya (meniskopatiya, amputasiya və artroplastik əməliyyatlardan sonra reabilitasiya) və s
  • Mərkəz həftədə 6 gün, saat 09:00–20:00 fəaliyyət göstərir
  • Reabilitasiya: insult sonrası hemiplegiya, onurğa beyni yaralanmaları, kəllə-beyin travmaları, nevroloji xəstəliklər; spastik əzələlərə botoks inyeksiyası
  • Fizioterapiya, Reabilitasiya və Onurğa Mərkəzi – müalicəvi fiziki aktivlik (pediatrik nevroloji xəstəliklər)
  • Elektrostimulyasiya – impulslu cərəyan vasitəsi ilə orqan və toxumaların funksiyasının bərpası

Bölmədən yeniliklər

Bütün xəbərlər

Bölmənin həkimləri

Digər bölmələr

Hamısı

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.