Ümumi cərrahiyyə
Ümumi cərrahiyyə bölməmizdə orqan və toxumaların cərrahi xəstəliklərinin diaqnostikası və müalicəsi yüksək standartlara uyğun şəkildə həyata keçirilir. Müalicə prosesində xəstənin vəziyyəti multidisiplinar yanaşma ilə qiymətləndirilir və müalicə planı digər ixtisas sahələrinin (anesteziologiya, onkologiya, radiologiya, daxili xəstəliklər və s.) mütəxəssislərinin tövsiyələri əsasında formalaşdırılır.


Xidmətlər və müalicə
Yeni xidmət və avadanlıq
- Laparoskopik (minimal invaziv) cərrahiyyə: minimal kəsiklər, daha qısa hospitalizasiya, daha sürətli bərpa
- Dr. Anar Cəfərovun müalicə etdiyi xəstəliklər: Paratiroid adenomaları, Qalxanabənzər vəzin xoşxassəli və bədxassəli şişləri, Reflü xəstəliyi, Diyafraqmal yırtıqlar, Mədə-bağırsaq xəstəlikləri, Qalın bağırsağın iltihabi xəstəliklərinin cərrahi müalicəsi
Xidmətlərimizə daxil olan əsas sahələr
- Mədə-bağırsaq xəstəliklərinin cərrahi müalicəsi
- Qarın divarı və qasıq yırtıqlarının müalicəsi
- Qalxanabənzər vəzinin cərrahi müalicəsi
- Həzm sistemi xərçənglərinin cərrahi müalicəsi
- Qaraciyər və öd yolları xəstəlikləri
- Mədə və bağırsaq perforasiyaları
- Peritonit və digər təcili cərrahi vəziyyətlər
- Laparoskopik və açıq cərrahiyyə ilə xəstəliklərin müalicəsi
Yanaşmamız
Bölməmizdə əməliyyat öncəsi, əməliyyat zamanı və postoperativ dövrdə xəstənin təhlükəsizliyi və rahatlığı prioritet olaraq nəzərə alınır. Xəstələrimizə müasir və effektiv müalicə metodları təklif edilir:
- Konservativ müalicə (lazım gəldikdə)
- Konvensional (açıq) cərrahiyyə
- Laparoskopik cərrahiyyə
- Minimal invaziv müdaxilələr
- Operasiya sonrası yüksək səviyyəli reabilitasiya və nəzarət
Əməliyyat sonrası reabilitasiya
Əməliyyat sonrası dövrdə xəstələrimizin sağalma müddətini qısaltmaq və komplikasiya riskini minimuma endirmək üçün müasir cərrahi reanimasiya şöbəsində yüksək səviyyəli nəzarət və müalicə təmin olunur.
Bizim güclü tərəflərimiz
- Təcrübəli cərrahlar və multidisiplinar komanda
- Müasir cərrahi texnologiya və avadanlıqlar
- Operasiya təhlükəsizliyi və keyfiyyətə nəzarət
- Fərdi yanaşma və xəstəyə xüsusi plan
- Əməliyyat sonrası yüksək səviyyəli reanimasiya dəstəyi











