Kardiologiya
Kardiologiya bölməmiz ürək və damar sistemi xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası üzrə müasir tibbi xidmətlər təqdim edir. Biz xəstələrimizə yüksək dəqiqlikli diaqnostika, fərdi müalicə planları və beynəlxalq standartlara uyğun müalicə təmin edirik.


Xidmətlər və müalicə
Yeni xidmət və avadanlıq
- Kardioloq-aritmoloq Dr. Günay Rəhimovanın müalicə etdiyi xəstəliklər: Aritmiyalar, Koronar arteriya xəstəlikləri, Anadangəlmə ürək xəstəlikləri, Ürək qapaq xəstəlikləri, Periferik arteriya xəstəlikləri, Ürək qapaq xəstəliklərinin invaziv üsulla müalicəsi
- İnvaziv kardioloq Dr. Vüsal Xəlillinin müalicə etdiyi xəstəliklər: Hipertoniya xəstəliyi, Ürəyin işemik xəstəlikləri, Ürək çatışmazlığı, Ürək qüsurları, Ürək qapaq xəstəlikləri, Ürəyin ritm pozğunluqları
- “Ürək çatışmazlığı da yeni dövr” elmi-praktiki konfransı; 200-dən çox həkim və tibb mütəxəssisi
- Kardioloq Dr. Zeynəb Hüseynovanın müalicə etdiyi xəstəliklər: Hipertoniya xəstəliyi, Ürəyin işemik xəstəlikləri, Ürək çatışmazlığı, Ürək qüsurları, Ürək qapaq xəstəlikləri, Ürəyin ritm pozğunluqları
- “Gəncə Sağlamlıq Günləri” çərçivəsində şəhid və veteran ailələri üçün kardioloji müayinələr
- “Bölgə kardioloqları ilə görüş, aktual mövzuların müzakirəsi” regional toplantısı
Xidmətlərimizə daxildir
- Ürək-damar xəstəliklərinin diaqnostikası
- Hipertoniya və qan dövranı problemlərinin izlənməsi
- Ürək ritm pozğunluqları və aritmiyaların qiymətləndirilməsi
- Ekokardioqrafiya (EKO), Doppler və digər müasir diaqnostik metodlar
- Minimal invaziv və konservativ müalicə üsulları
- Fərdi profilaktik və terapevtik yanaşma
İcra edilən prosedur və əməliyyatlar
- EKQ (Elektrokardioqrafiya)
- EXOKQ (Exokardioqrafiya)
- Tredmil-stress test
- Holter Monitorizasiya
- Doppler exokardioqrafiya
- Ritm holter
- Təzyiq holter
- Koronar angioqrafiya, ürək kateterizasiyası (qol və ya ayaq damarından)
- Koronar balon, stent implantasiyası və digər invaziv prosedurlar (qol və ya ayaq damarından)
- Kardiak stimulyator tətbiqi
- Kardioversiya (ürək ritminin nizamlanması)
- Angioqrafik ASD və VSD (yırtılma) bağlanması
Bizim yanaşmamız
- Hər xəstəyə fərdi tibbi yanaşma
- Beynəlxalq standartlara və protokollara uyğun müalicə
- Xəstənin rifahı və uzunmüddətli ürək sağlamlığını prioritet edən yanaşma












