Atopik dermatit dərinin xroniki iltihabi xəstəliyidir
Atopik dermatit dərinin xroniki iltihabi xəstəliyidir. Əsasən 5 yaşa qədər uşaqlarda daha çox görülür. Bəzən atopik dermatit allergik rinit və Bronxial astma kimi digər allergik xəstəliklərin xəbərcisi də ola bilir. Belə ki, erkən uşaqlıq dövründə atopik dermatit olan insanların 50 %-i gələcəkdə digər allergik xəstəliklər- Bronxial astma və allergik rinit xəstəliyi rast gəlinir.
Atopik dermatiti olan xəstələrin dərisində bariyer funksiyası pozulur. Bu da dərinin su tutma xüsusiyyətini azaldır və dəridə quruluq başlayır və mikroblara qarşı müdafiə azalır. Dəri quruluğu atopik dermatitin ən əsas xüsusiyyətidir. Quruluq kəskin qaşıntı ilə müşahidə olunur. Atopik dermatit olan uşaqların yarısında qida allergiyası rast gəlinir. Belə xəstələr mütləq allerqoloq tərəfindən qida allergiyası araşdırılmalı və səbəbkar allergeni tapmaq üçün prick test edilməlidir.
Qida allergiyasına ən çox səbəb olan qidalar aşağıda qeyd olunanlardır
- İnək südü
- Yumurta
- Buğda
- Çərəz (qoz fındıq)
- Yer fındığı
- Balıq
- Qabıqlı dəniz məhsulları
Ev tozu gənələri, ev heyvanları, çiçək tozları da atopik dermatitə səbəb ola bilər.

