XəstəxanaXəstəxana

07.08.2017Sağlamlıq məqalələri

Dərman allergiyası immun sisteminə əsaslanan dərman preparatlarına

Dərman allergiyası immun sisteminə əsaslanan dərman preparatlarına qarşı həddən artıq həssaslıqla özünü göstərir.

Dərman allergiyalarının qeyri-allergik mənşəli ağırlaşmalarından fərqli olaraq, aşağıda qeyd olunan cəhətlərlə xarakterizə olunur:

Özünü allergik xəstəliklərin klassik əlamətləri ilə büruzə verir

Dərmanın ən kiçik dozasının qəbulunda özünü göstərə bilir Dərman preparatlarının ilkin qəbulundan sonra 5-7 gün “sensibilizasiya dövrünün” keçməsi lazımdır (gizli sensibilizasiya istisnadır)

Dərman preparatları farmakoloji təsirini xatırlatmır.

Qeyd olunan dərman preparatlarının növbəti qəbulu zamanı özünü büruzə verir

Bir neçə eyni kimyəbi tərkibə və ya struktura malik olan dərman preparatlarının birlikdə qəbulu nəticəsində çarpaz allergik reaksiya yarana bilər.

Dərman allergiyası olan insanlara tövsiyələr

Kimyəvi tərkibi və strukturu oxşar olan dərman preparatlarının qəbul etməməli

Həkim məsləhəti ilə müalicə planı olmalı

Dərman preparatlarının qəbulunda göstərişlərə ciddi əməl etməli

Öz başlarına müalicədən çəkinməli (həkim müayinəsi olmadan)

Digər həkim müayinəsində olduqları zaman allergiya haqqında onları məlumatlandırmalı

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.