Elektromioqrafiya (EMG) əzələlərin və onların sinir hüceyrələrin
Elektromioqrafiya (EMG) əzələlərin və onların sinir hüceyrələrin aktivliyini müayinə edən diaqnostik prosedurdur. EMG bu siqnalları şəkil, səs və ya rəqəmli göstəricilərə çevirir, bu da həkim tərəfindən dəyərləndirilir.
EMG zamanı nazik elektrodlardan istifadə edilir ki, bu da elektrik siqnallarını ötürür. EMG proseduru zamanı əzələnin aktivliyini qeydə almaq üçün elektrodlu iynə əzələyə yeridilir. Bununla yanaşı, EMG ilə iki və daha çox nöqtənin arasında sinirlərin bir-birinə göndərdiyi elektrik siqnallarının sürəti və gücü ölçülür.
EMG əsasən sinir və əzələ distrofiyasının əlamətlərinə əsaslanaraq edilir. Əlamətlər aşağıdakılardır:
Uyuşma
Əzələdə gücsüzlük
Əzələdə ağrılar
Oynaq ağrıları
EMG vasitəsilə aşağıdakı xəstəliklərə dəqiq diaqnoz qoymaq mümkündür
- Əzələ distrofiyası və ya polimiozit
- Periferik sinir xəstəlikləri (karpal kanal sindromu)
Beyində və onurğa beyində motor neyronlarına təsir edən amiotropik lateral skleroz və iflic kimi xəstəliklər
Sinirə təsir edən disk yırtıqları
EMG təhlükəsiz prosedurdur. Bu prosedur Nevroloq tərəfindən həyata keçirilir.


