Kardiologiya

03.03.2017Xidmət və avadanlıq

Holter testi təzyiq problemi, aritmiya kimi ürək xəstəliklərinin

Holter testi təzyiq problemi, aritmiya kimi ürək xəstəliklərinin dəqiq diaqnozu üçün edilir. Holter xəstənin müəyyən olunmuş zaman çərçivəsində (əsasən 24 saat) ürək döyüntülərini qeydə alan və daşına bilən elektrokardioqramma (EKQ) cihazıdır.

Holter testi əsasən insan normal həyatına davam edərkən onun nəbzini izləmək üçün istifadə edilir. Nizamsız ürək döyüntüsünün səbəblərini aydınlaşdırmaq üçün edilən EKQ edilir. Ancaq bəzən EKQ problemin səbəbini aydınlaşdırmaq üçün yetərli olmur. O zaman ritm holter cihazından istifadə edilir.

Holter testi üçün əvvəlcədən xüsusi bir hazırlığa ehtiyac yoxdur. Xəstənin döş qəfəsində müəyyən olunmuş nahiyələrə plastik elektordlar yapışdırılır. Ayrıca bir kəmər vasitəsilə ürək ritmini qeydə alan kiçik bir cihaz bərkidilir. Gün ərzində atılan addımları, görülən işləri qeyd etmək vacibdir.

Prosedurdan sonra aparat həkimə təhvil verilməlidir, qeyd olunanlar kompüterə köçürülərək kardioloq tərəfindən dəyərləndirilir. Holteri daşıdığı müddətdə görülən işlər haqqında həkimə bildirilməlidir ki, ağır fiziki işlərin ürək döyüntüsündə hər hansı ciddi dəyişikliyə səbəb olub-olmamasını ayırd etmək mümkün olsun.

Bu testin ən böyük üstünlüyü ondan ibarətdir ki, uzun müddət ərzində ürək döyüntüsündəki dəyişiklikləri müəyyən etmək mümkündür. Beləliklə, gün ərzində yaşanmış hadisələrin, müxtəlif fiziki və psixoloji təsirlər, istifadə olunan bəzi dərmanların ürək döyüntüsündə yaratdığı dəyişikliklərin dəyərləndirilməsi , əsas səbəbin aşkar edilməsi üçün əlverişli üsuldur.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.