İnsan Papilloma Virusu daha çox cinsi yolla yoluxan və qadınlarda
İnsan Papilloma Virusu daha çox cinsi yolla yoluxan və qadınlarda genital ziyil, uşaqlıq boynu xərçənginə səbəb olan, 100-dən artıq tipi olan virusdur. Bədənin müxtəlif yerlərində ziyil (kondiloma), displaziya və xərçəngə səbəb ola bilər. İPV yoluxduqdan sonra 2-3 ay sonra ziyil yaran şəklində özünü büruzə verir. Ziyillər əsasən genital nahiyədə olur, bununla yanaşı bədənin hər tərəfinə yayıla bilər. İPV-nin 80-90%-i bədənin immun sistemi tərəfindən məhv edilir, digər 10%-i isə virus bədəndə qalır. İmmun sistemi zəifləyəndə dəridə ziyillər yenidən yaranır.İPV-nin xərçəngə çevrilmə müddəti 10-15 ildir. Geniş yayılmış İPV virusu sürətlə və asanlıqla yoluxur.
İPV-nin indiyədək 100-dən artıq tipi vardır. Onların arasında aşağı xərçəng riski daşıyan tiplər (6, 11, 40, 42, 43 və s.) və yüksək xərçəng riski daşıyan tiplər (16, 18, 31, 33, 35, 39, 45 və s) vardır. Ən yüksək xərçəng riski yaradan 16 və 18-ci tiplərdir, 70 % nəzarətsiz qalan xəstələrdə xərçəngə səbəb olur. 5 və 6-cı tipləri daha çox rast gəlinir.
İPV-nin bəziləri ziyil yaratmır. Bu daha təhlükəlidir. Çünki bu zaman virusu aşkar edilməsi və müalicə tədbirlərinin görülməsi gecikir.
Xəstəliyin təsirli müalicəsi yoxdur. Ancaq vaxtında aşkar və nəzarət edildiyi təqdirdə mənfi fəsadların qarşısını almaq mümkündür.

