Kardiologiya

11.03.2017Sağlamlıq məqalələri

Kifoz onurğanın önə doğru əyilməsi ilə özünü büruzə verən xəstəlikdir

Kifoz onurğanın önə doğru əyilməsi ilə özünü büruzə verən xəstəlikdir. İnsan onurğasına yan tərəfdən baxıldığında bir-birini izləyən əyriliklər (boyunda, kürəkdə, beldə) vardır.

Kifoz xəstəliyi kürək nahiyəsində müşayiət olunur. Bu bölgədə normal əyilmə 50 dərəcəyədək nəzərdə tutulur. 50 dərəcədən çox onurğanın əyilməsi kifoz xəstəliyinin əlamətidir.

Kifoz xəstələrinə yan tərəfdən baxıldığında başın bədənə nisbətən öndə olduğunu görmək olar. Kifoz xəstəliyinin ən çox rastlandığı hal Scheuermann xəstəliyidir. Yeniyetməlik dövründə özünü büruzə verir. Kişilərdə daha çox özünü göstərir. Digər bir səbəbi uşaqların duruş vəziyyətinin düzgün olmaması ilə bağlıdır. Kongenital kifoz adlanan anadangəlmə kifoz da vardır ki, onun əlamətləri doğuşdan sonra nəzərə çarpır. Onurğa əyriliyi həm də qısaboyluluğa səbəb olur. Yaşlı insanlarda sümük əriməsinə bağlı olaraq kifoz yarana bilər.

Kifozdan əziyyət çəkən insanların əsas şikayətləri estetik görünüşdə yaranan qüsurdur. Bəzi xəstələrdə kürək nahiyəsində ağrılar özünü büruzə verə bilər.

Əyrilik 75 dərəcədən çoxdursa, cərrahi müdaxiləyə üstünlük verilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.