RadiologiyaRadiologiya

26.07.2017Sağlamlıq məqalələri

Mioma uşaqlıqda inkişaf edən xoşxassəli törəmələrdir

Mioma uşaqlıqda inkişaf edən xoşxassəli törəmələrdir. Beynəlxalq təsnifata görə leyomiomalar deyilir.

Miomalar gözlə seçilməyəcək qədər kiçik və uşaqlığın ölçülərini dəyişəcək qədər böyük ola bilirlər. Bir və ya bir neçə miomalar ola bilər.

Bir çox qadında miomalar olur, ancaq onların bir çoxu bundan xəbərsiniz olurlar.

Bir çox qadında əlamətlər özünü büruzə vermir. Bu miomanın inkişaf etdiyi nahiyədən, ölçüdən və saydan asılıdır. Əlamətləri aşağıdakı kimidir:

Aybaşının ağrılı keçməsi

Aybaşının 1 həftədən çox olması

Qarın nahiyəsində ağrı

Tez-tez sidiyə çıxma

Qəbizlik

Bel nahiyəsində və ayaqlarda ağrı

Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, miomaların yaranması və inkişafına estrogen və prosgesteron hormonları, uşaqlığın toxumalarını təşkil edən hüceyrələrdə gen dəyişikliyidir.

Miomalar əsasən həyati təhlükə daşımırlar, ancaq anemiyaya səbəb ola bilər.

Diaqnoz kliniki əlamətlər, USM, analiz əsasında təyin edilir. USM müayinəsi ilə təyin etmək mümkün olmadıqda MRT, histerosonoqrafiya, histerosalpinqoqrafiya, histeroskopiya əsasında diaqnoz təyin edilir.

Müalicəsi dərman, invaziv və ənənəvi cərrahi üsulla edilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.