Müasir dövrdə ən sıx rast gəlinən xəstəliklərdən biri də depressiyadır
Arxiv: bu təklif paylaşım tarixində qüvvədə idi. Hazırkı qiymət və şərtlər fərqli ola bilər.
Müasir dövrdə ən sıx rast gəlinən xəstəliklərdən biri də depressiyadır. Depressiya (ruhi çöküntü) ətrafımızda meydana gələn hadisələrə bir reaksiya olaraq ortaya çıxır.
Əlamətləri aşağıda qeyd olunanlardır
- Özünü hüznlü, dəyərsiz, ümidsiz, çarəsiz hissetmə
- İçində boşluq duyğusu
- Qərarsızlıq, diqqət dağınıqlığı
- İşdə, məktəbdə, ailə və dostlar arasında problemlərin yaşanması
- Ətrafındakı insanlardan uzaqlaşma, tək qalmaq istəyi
- Yuxusuzluq
- İştahanın azalması və ya artması
- Səbəbi məlum olmayan baş, boyun, kürək ağrıları
- Spirtli içkilərdən istifadənin çoxalması
- Özünə zərər vermə, intihar cəhdləri
Ömür boyu depressiya riski təxminən 15%-dir. Qadınlarda bu göstərici 25%-dək qalxa bilər. Hər bir cəmiyyətdə depressiya qadınlarda kiçilərə nəzərən 2 dəfə daha çoxdur. Hamiləlikdə, doğuşdan sonra və menopauza dövründə depressiya ehtimalı daha da artmış olur. Bunun səbəbi tam aydınlaşdırılmamışdır, ancaq hormonların buna səbəb olduğu düşünülür. Məsələn, sonsuzluğa görə müalicə alan qadınlarda digər qadınlarla müqayisədə 2-3 dəfə daha çox depressiya özünü büruzə verir.
Bəzi xəstəliklər depressiya riskini artırır. Depressiya xəstəsi olan insanlar zəyif deyildirlər, sadəcə genetik olaraq buna meyillidirlər. Buna uyğun şəkildə peşəkar psixoloji dəstəklə sağalma mümkündür.