Otit qulağın iltihabi xəstəliyidir
Otit qulağın iltihabi xəstəliyidir. Hər yaşda orta qulaq infeksiyasına rast gəlinir, ancaq daha çox uşaqlarda olur. Belə ki, böyüməkdə olan uşaqların 50%-dən daha çoxunda (əsasən 3 yaşadək) ən az bir dəfə orta qulaq infeksiyası olur. Otit qripdən sonra ağırlaşma şəklində özünü büruzə verir. Uşaqlarda orta qulaq infeksiyası aşağıdakı kimi özünü büruzə verir:
Təkrarlanan orta otit: Mütəmadi olaraq təkrarlanan infeksiyalardır.
- Otitin əlamətləri
Daha kiçik uşaqlarda
- Durmadan ağlamaq
- Narahatlıq
- Qulaqla oynamaq
Böyük uşaqlarda
- Eşitmədə zəifləmə
- Baş ağrısı
- Gecə oyanmaq
- Qulaq pərdəsinin yırtılmasına bağlı olaraq sarı ya da qanlı axıntı
Diaqnoz kliniki əlamətlər və həkim müayinəsi ilə təyin edilir. Müalicəsi əsasən dərman və cərrahi üsulla edilir. Dərman müalicəsi effektiv olmadığı təqdirdə əməliyyat icra edilir.

