Urologiya

09.08.2017Sağlamlıq məqalələri

Pielonefrit böyrəkdə inkişaf edən infeksiyadır, əsasən sidik

Pielonefrit böyrəkdə inkişaf edən infeksiyadır, əsasən sidik kanalından və ya sidik kisəsindən böyrəyə keçir.

Əlamətləri

  • Hərarət
  • Qarın nahiyəsində ağrı
  • Bel və qasıq nahiyələrində ağrı
  • Tez-tez sidiyə çıxma
  • Ürək bulanması və qusma
  • Hematuriya (sidikdə qan)
  • Pis qoxulu sidik

Risk faktorları

Əsasən qadınlarda sidik kanalında daş olan, yaşlı, immun sistemi zəif olan insanlarda rast gəlinir.

Diaqnoz kliniki əlamətlər, analizlər, USM ilə təyin edilir.

Xəstəlik vaxtında müalicə edilmədikdə böyrək çatışmazlığı, sepsis kimi ağırlaşmalarla nəticələnə bilər. Müalicəsi dərmanlarla aparılır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.