Prostat vəzinin ən çox yayılmış xəstəliyi prostat adenomasıdır
Prostat vəzinin ən çox yayılmış xəstəliyi prostat adenomasıdır .Prostat adenoması prostatın xoşxassəli böyüməsidir.45-50 yaşından etibarən prostat vəzində böyümələr başlayır.
Prostat vəzinin böyüməsinin əlamətləri
Tez-tez sidiyə çıxma
Gecə vaxtı sidiyə çıxma
Sidik kisəsinin tam boşaldıla bilməməsi - Az-az sidiyə çıxma - Bəzən sidiyə çıxarkən yanma olması
Sidik saxlaya bilməmə
Xəstəliyin bir çox ağırlaşmaları vardır. Onlardan ən geniş yayılmış hematuriyadır (sidikdə qan).
Diaqnoz kliniki əlamətlər və laborator analizlər vasitəsilə təyin edilir. Xəstəliyin müalicəsi dərman minimal invaziv və cərrahi üsullar aparılır.
Yuxarıda bəhs edilən şikayətləri olan xəstələr və 50 yaşından etibarən bütün kişilər prostat müayinəsi üçün uroloqa müraciət etməlidir.

