Qadınlar iki ədəd yumurtalığa sahibdirlər, onlar badam ölçüsündədir
Qadınlar iki ədəd yumurtalığa sahibdirlər, onlar badam ölçüsündədir və uşaqlığın hər iki tərəfində yerləşirlər.
Bir çox qadınlarda yumurtalıq kistləri olur. Yumurtalıq kistləri əsasən kiçik olur və hər hansı narahatlığa səbəb olmur. Onların əsas hissəsi müalicə edilmədən bir neçə ay ərzində öz-özünə yox olurlar.
Əsasən yumurtalıq kistləri heç bir əlamətlə özünü büruzə vermir. Ancaq böyük ölçülü kistlər aşağıdakı əlamətlərlə xarakterikdir:
Qasıq nahiyəsində ağrı
Qarın boşluğunda doluluq, ağırlıq hissi
Şişkinlik
Yumurtalıqda kistlərin yaranması əsasən aybaşı dövrünə bağlıdır. Yumurtalıqda kistlər müayinə nəticəsində aşkar edilə bilər. Dəqiq diaqnoz üçün hamiləlik analizi, USM, CA 125 qan analizi, Laparoskopik müayinə edillir.
Müalicəsi pasiyentin vəziyyətinə bağlı olaraq dərman və cərrahi üsulla edilir.

