Urologiya

14.08.2017Sağlamlıq məqalələri

Qadınlarda sidik qaçırma həyat keyfiyyətinə mənfi təsir edir

Qadınlarda sidik qaçırma həyat keyfiyyətinə mənfi təsir edir. Xüsusilə yetkin yaşlı, bir çox doğuş keçirmiş, artıq çəkidən əziyyət çəkən qadınlarda sidik qaçırma ciddi xəstəliklərin göstəricisi ola bilər.

Yaş artdıqca 40 yaşdan yuxarı qadınların 50%-ində sidik sidik qaçırma riski vardır. Bununla yanaşı, çətin və travmalı doğuşlar sidik qaçırmasının səbəbi ola bilər. Əsəs səbəblər aşağıdakılardır:

Sidik kisəsində infeksiyalar

Vaginal infeksiyalar

Sidik kisəsində daş

Çətin doğuşlar

Hormonal dəyişikliklər (xüsusə menapauza dövründə)

Sidik kisəsində şişlər

Sinir sistemi xəstəlikləri

Qadınlarda sidik qaçırmanın 3 tipi vardır

  • Gərginlik (stress) sidik qaçırması
  • Təcili (urgent) sidik qaçırması
  • Qarışıq tip

Xəstəliyin ən təsirli və qalıcı müalicəsi cərrahi üsuldur. Cari dövrdə müasir üsulla həyata keçirilən əməliyyatlar xəstələrin həyat keyfiyyətini yüksəldir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.