XəstəxanaXəstəxana

13.09.2017Sağlamlıq məqalələri

Qəbizlik

Arxiv: gbx.az-ın köhnə saytından (2016–2017).

Zülalla zəngin olan qida məhsullardan gündəlik rasiyonda həddən çox istifadə edilməsi, az maye qəbulu, hərəkətsilik kimi səbəblər bağırsaqların kifayət qədər fəal olmaması qəbizliyə səbəb olur. Bununla yanaşı, sinirləri əhatə edən diabet, hipotiroid kimi bəzi xəstəliklər, klasium çoxluğu, hamiləlik kimi vəziyyətlərdə istifadə edilən bəzi dərmanlarda eyni problemin ortaya çıxmasına səbəb ola bilər.

Aşağıdakı əlamətləri vardır:

  • Nəcisləmə çətinliyi
  • Tam boşalmama hissi
  • Kəskin nəcisləmə
  • Ayaq yolunda 5 dəqiqədən çox olma
  • İmalə vasitəsilə nəcisləmə

Müayinə nəticələri normal olan və risk faktoru olmayan xəstələrdə qəbizliyin, zülallı qidalanma və hərəkətsizlik kimi səbəblər olduğu aşkar edildikdə yalnız qidalanma vərdişlərində dəyişikliklər və xroniki-bioloji tövsiyələr edilir.

Həyat tərzi ilə əlaqəli olmayan qəbizlik problemi olanlarda isə qarın ağrısı, çəki itirmə kimi başqa problemlər də müəyyən edildikdə dəqiq diaqnoz üçün kolonoskopiya müayinəsi edilir.

Qadınlarda bağırsaq yırtığı (rektosel) qəbizliyin əsas səbəblərindən biridir.

Qəbizlik aşkar edilən xəstələrdə ən çox rast gəlinən və müalicəsi tələb olunan vərdişlər

  • Qidalanmada kifayət qədər lifli məhsullardan istifadə edilməməsi
  • Fiziki gücün azlığı (xüsusən yaşlılarda)
  • Dərman müalicələri- çox sayda dərman qəbul edilməsi
  • Təkrarlanan həyatı dəyişdirən vəziyyətlər (Hamiləlik, yaşlanma, səyahət)
  • Nəcisləmə ehtiyacının uyğun şərait olmadığı üçün sıxılıb qalması
  • Dehidratasiya (mayesiz qalma)

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə