Kardiologiya

06.07.2017Sağlamlıq məqalələri

Revmatizm əzələ, sümük, oynaqlarda və onları birləşdirən bağlarda

Revmatizm əzələ, sümük, oynaqlarda və onları birləşdirən bağlarda ağrı və oynaqlarda şişkinliklə özünü büruzə verən xəstəlikdir. Revmatizm xəstəlikləri iki yerə ayrılır:

İltihabi olanlar

İltihabi olmayanlar

İltihabi olmayan revmatizm xəstəlikləri əsəsan osteoartrit, boyun, kürək, qol, ayaqlarda və yumşaq toxumalarda ağrı ilə özünü büruzə verən xəstəliklərdir.

İltihabi olan revmatizm xəstəlikləri isə əsasən immun sistemində müxtəlif səbəblərə (genetik meyillilik, ətraf mühitin təsiri, infeksiyalar) bağlı olaraq oynaqlarda, bəzən göz, ürək, ağciyər və böyrək kimi orqanlarda iltihablaşmaya səbəb olan sistemli bir qrup xəstəliklərdir.

Oynaq revmatizmində əlamətlər aşağıdakı kimidir

  • Oynaqlarda ağrı şişkinlik

Əl barmaqlarının soyuq fəsillərdə ağarması.

Dəri altında şişkinliklər

Gücsüzlük.

Sistemik əlamətləri

  • Əzələ ağrısı
  • Dırnaq rənginin dəyişməsi
  • Uzun müddət yüksək hərarət
  • Tənəffüsdə çətinlik
  • Həzmdə problem
  • Böyrək funksiyalarında azalma
  • Nevroloji əlamətlər
  • Ürək və qan dövranında problemlər

Revmatizmin müalicəsi əsasən qeyri steroid antiinflamator, steroid tərkibli dərmanlar və xəstəliyin inkişafının qarşısını alan antirevmatizmal dərmanlarla edilir. Müalicə müddət

ində mütəmadi olaraq həkim nəzarəti olmaq vacibdir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.