Urologiya

29.08.2017Sağlamlıq məqalələri

Sidik kisəsindəki daşlar ən geniş yayılmış uroloji xəstəliklərdən

Sidik kisəsindəki daşlar ən geniş yayılmış uroloji xəstəliklərdən biridir. Daşların böyüklüyü müxtəlif ölçülərdə ola bilər. Sidik kisəsi daşları əsasən kişilərdə rast gəlinir. Risk faktorları əsasən prostat böyüməsi olan kişilərdir. Bununla yanaşı genetik meyillilik, yanlış qidalanma vərdişi, bəzi dərmanların qəbulu daş yaranmasına səbəb ola bilər. Aşağı sosio ekonomik yaşayışı olan insanlarda özünü büruzə vermə ehtimalı yüksəkdir.

Əlamətləri

Sidiyə çıxarkən yanma

Sidikdə qan

Qarının aşağı hissəsində ağrı

Çətin sidiyə çıxma

Diaqnoz kliniki əlamətlər və USM vasitəsilə qoyulur. Müalicəsi xəstənin vəziyyəti dəyərləndirilərək aparılır. Müalicəsi endoskopik cərrahiyyədir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.