Otorinolarinqologiya (LOR)

22.08.2017Sağlamlıq məqalələri

Tonzillit dilin arxa hissəsində hər iki tərəfdə yerləşən damaq

Tonzillit dilin arxa hissəsində hər iki tərəfdə yerləşən damaq badamcıqların iltihablaşmasıdır. Tonzillit kəskin və xroniki olaraq təsnif edilir. Kəskin tonzillit zamanı rastlaşdığımız əsas əlamətlər

Qızarmış və şişmiş badamcıqlar

Badamcıqların üzərində ağ-sarı ləkələr

Boğaz ağrısı

Çətin və ağrılı udqunma

Hərarət

Boğazdakı limfa vəzlərinin böyümə və həssasiyyət

Xroniki tonzillit zamanı özünü göstərən əlamətlər

  • Ağızda qoxu
  • Səsin dəyişməsi
  • Halsızlıq, ətraf oynaqlarda ağrılar

Tonzillit daha çox uşaq yaşlarında görülən A qrupu  hemolitik streptokoklar və viruslar törədilən xəstəlikdir. Normada badamcıqlar immun sisteminin bakteriyaya qarşı ilk mübarizə səddi rolunu oynayır. Badamcıqlar bu xüsusiyyətlərinə görə müəyyən vaxtdan sonra bakteriyalara qarşı dözümsüz olur.

Diaqnoz kliniki əlamətlər, boğazdan yaxma testi və qan analizi götürələrək təyin edilir. Analizin nəticəsi 24-48 saat ərzində bilinir.

Müalicəsi dərman və cərrahi yolla aparılır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.