Plastik, estetik və rekonstruktiv cərrahiyyəPlastik, estetik və rekonstruktiv cərrahiyyə

31.10.2017Tədbirlər və layihələr

Yalnız bir gün, 25 Noyabr tarixində Gəncə Beynəlxalq Xəstəxanasında

Yalnız bir gün, 25 Noyabr tarixində Gəncə Beynəlxalq Xəstəxanasında Türkiyədən dəvət olunmuş məşhur Otolarinqoloq Op. Dr. Süreyya Şeneldirin rəhbərliyi ilə 15-ci “Burun Okulu” Workshop-u keçiriləcəkdir. Workshop çərçivəsində konfrans zalı və əməliyyatxana arasında canlı interaktiv görüntülü və səsli bağlantı qurulacaqdır. Quraşdırılan kameralar vasitəsilə iştirakçılar əməliyyatı canlı olaraq izləyə və suallarını birbaşa əməliyyatxanaya ünvanlaya biləcəklər.

Tədbirdə Otolarinqoloq (LOR), Plastik Estetik Cərrahlar və bu sahədə təhsil alan Rezidentlər iştirak edə bilər.

Bunun üçün aşağıda qeyd olunan sənədlərin şəklini çəkərək şəxsi mesajla (inbox) vasitəsilə göndərməniz xahiş olunur:

Şəxsiyyəti təsdiq edən sənəd

Diplom və ya Rezident olduğuna dair arayışın şəkli

Son qeydiyyat tarixi: 22 Noyabr 2017-ci il

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.