Yoğun bağırsağın bir əməliyyat ilə qarnın öz divarına birləşdirilməsi
Yoğun bağırsağın bir əməliyyat ilə qarnın öz divarına birləşdirilməsi proseduru kolostomiyadır. Beləliklə bağırsağın içində olan qida qalıqları qarına yapışdırılmış bir torbaya boşaldılır. Normal vəziyyətdə bağırsaqdakı nəcis anus vasitəsilə xaric edilir.
Kolostomiya əsasən qarının sol alt tərəfində açılır. Kolostomiyalar əsasən yoğun bağırsağın hansı nahiyəsində edilirsə onun da adı verilir. Məsələn: çıxan kolostomiya, transvers kolostomiya, enən kolostomiya və siqmoid kolostomiya
Stomadan açıldığı yerə görə nəcis qatılığı dəyişir. Stoma anustan nə qədər uzaqda isə nəcis bir o dərəcədə sulu olur. Buna görə də kolostomiya çıxan kolon və tranvers kolonda isə nəcis daha maye halda enən və siqmoid kolonda isə nəcis daha qatı olur. Kolostomiyalar da müvəqqəti və daimi olaraq iki yerə ayrılırlar.
Müvəqqəti kolostomiyanın tətbiq edildiyi məqamlar
- Yoğun bağırsaq tıxanmalar
- Bağırsaq yaralanması
- Bağırsaq perforasiyası
- Anadangəlmə bağırsaq anomaliyaları
- Ciddi anus xəstəlikləri və yaralanmaları
Daimi kolostomiyaların tətbiq edildiyi xəstəliklər
- Anusun xaric edilməsi vacib olan xəstəliklər
- Yoğun bağırsağın son hissəsinin anusla bərabər çıxarılması vacib olan xəstəliklər
- Anusa nəzarət edən əzələlərin işlərinin öhdəsindən gələ bilmədiyi xəstəliklər
- Yoğun bağırsağın son hissəsində qalıcı xəstəliyin olması

