Qastroenterologiya və hepatologiya

25.09.2017Sağlamlıq məqalələri

Yoğun bağırsaqda ən çox rast gəlinən xəstəliklərdən biri də

Yoğun bağırsaqda ən çox rast gəlinən xəstəliklərdən biri də poliplərdir. Poliplər əsasən yoğun bağırsağın üzərini örtən selikli qişanın anormal şəkildə böyüməsidir. Yetkin insanlarda 15-20% rektal poliplər rast gəlinir. 50 yaşdan böyük insanlarda isə bu nisbət 40-50%-dək böyüyür.

Yoğun bağırsaq poliplərinin əsasən heç bir əlaməti yoxdur. Bu barədə həkim müayinəsində olanadək xəbərdar olmayacaq qədər səssiz inkişaf edir. Bəzi hallarda aşağıdakı əlamətləri büruzə verir:

Rektal qanama

Nəcisin rənginin dəyişməsi

Uzun müddət davam edən qəbizlik və ya diareya • Ağrı

Dəmir anemiyası

Rektal poliplər əsasən hər kəsdə özünü büruzə verə bilər. Xəstələrin 90%-dən çoxu 40 yaşından böyük insanlardır. Bu yaşdan sonra 10 il ərzində bağırsaq poliplərinin yaranması ehtimalı 2 dəfə artır.

Yüksək risk faktorları aşağıdakılardır

  • Ailədə yoğun bağırsaq xərçəng və ya polip tarixçəsi olanlar
  • Ulserativ kolit və Kron xəstəliyi (8-10 ildən çox müddətdə xəstə olanlarda risk artır)
  • Süd vəzi, yumurtalıq, uşaqlı xərçəngi olanlar
  • 50 yaşdan böyük insanlar
  • Siqaret çəkmək
  • Spirtli içkiləri qəbul etmək
  • Artıq çəki

Diaqnoz əsasən kolonospiya müayinəsi, siqmoidoskopiya, nəcis analizləri vasitəsilə təyin edilir. Müalicəsi cərrahi üsulla aparılır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.