XəstəxanaXəstəxana

20.01.2018Tədbirlər və layihələr

20 Yanvar- Unutma! Unutdurma

Arxiv: gbx.az-ın köhnə saytından (2016–2017).

20 yanvar 1990-cı il tarixi Azərbaycan xalqı üçün həm kədər, həm qürur mənbəyidir. Azərbaycanın müstəqilliyi üçün canlarından keçən ilk fədailərimizi unutmadıq. 1990-cı il 19-dan 20-nə keçən gecə yeridilmiş qoşun tərəfindən dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Bu il 20 Yanvar hadisələrinin 28-ci ildönümüdür. Biz igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edirik. Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın olduğu “Şəhidlər Xiyabanı” xalqımız üçün müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. 20 Yanvar Şəhidləri azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin rəmzi kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

Bizimlə əlaqə saxlayın

Sualınızı yazın və ya xəstəxanaya gəlin.

Heydər Əliyev prospekti 60 D/E/F,
Kəpəz rayonu, Gəncə