Allergiya bədən üçün ziyanı olmayan yad maddələrə qarşı immun sistemin cavab reaksiyasıdır
Arxiv: bu təklif paylaşım tarixində qüvvədə idi. Hazırkı qiymət və şərtlər fərqli ola bilər.
Allergiya bədən üçün ziyanı olmayan yad maddələrə qarşı immun sistemin cavab reaksiyasıdır. Bu yad maddələr allergen adlanır.
Ev tozları, pollenlər, kif göbələkləri, bakteriyalar, ev heyvanlarının tük və epitelləri, lateks bəzi qida proteinləri, böcək zəhərləri kimi maddələr allergiyanın ən çox rast gəlinən səbəblərindəndir. Allergiya genetik keçən xəstəlikdir. Həyat şəraiti, ətraf mühit, keçirilən xəstəliklər, insanın immun statusu allergiyanın yaranmasına bu və digər şəkildə təsir edir.
Allergik xəstəliklər xroniki xəstəliklər qrupunda ilk sıradadır. Allergik xəstəliklər vaxtında səbəbini tapıb müvafiq müalicə və müayinə olunmadəqda ağırlaşaraq daha çətin sağalan və həyat üçün risk daşıyan formaya çevrilə bilər.
Allergik xəstəlikləri müayinə və müalicə edən həkim Allerqoloqdur.

