Kardiologiya

14.02.2018Sağlamlıq məqalələri

İnfarkt ürəyin koronar arteriyalarında tıxanıqlıq nəticəsində ürək

İnfarkt ürəyin koronar arteriyalarında tıxanıqlıq nəticəsində ürək əzələlərinin qidalanmaması və oksigensiz qalması nəticəsində özünü büruzə verən xəstəlikdir. Ən geniş yayılmış əlamətləri, sinədə yaranan çənəyə, sol çiyinə, qola yayılan kəskin ağrıdır.

İnfarkt zamanı əsasən aşağıdakı addımlar atılmalıdır

  • İnfarkt keçirən insan olduğu yerdə təkdirsə, qapını açıq qoymalı

Evdə aspirin varsa, 1 stəkan su ilə içməli.

Bundan başqa heç nə yeyib içməməli

Kömək gələnədək oturaraq və ya yataraq gözləməli.

Ağrını azaltmaq üçün idman etməməli.

Yanınızdakı bir insan infarkt olduğu zaman

Bu barədə təcrübəniz yoxdursa, infarkt olan birinə müdaxilə etməyin, başqa xəstələrə və ya özünüzə aid dərmanları verməyin.

Həmin vaxt təcili tibbi yardım maşını çağırıb xəstəni ən yaxın tam təminatlı bir xəstəxanaya çatdırın.

Ayaqlarını ürək səviyyəsindən yuxarı qaldıraraq ürəyə daha çox qan axışını təmin etməyə çalışın.

Əsas olan, xəstənin müayinə və müalicəsinin doğru və uyğun şəkildə aparılacağı bir xəstəxanaya çatdırmağınızdır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.