İnsanın orqanizmində ifraz olunan hormonlar inkişaf, böyümə, bəzi
İnsanın orqanizmində ifraz olunan hormonlar inkişaf, böyümə, bəzi metabolik hadisələrin yerinə yetirilməsində xüsusi rola sahibdir.
Bu hormonlardan biri kortizoldur. Kortizolun vəzifəsi fiziki və psixoloji gərginliyi nəzarət altında saxlamaqdan ibarətdir və böyrəküstü vəzidən ifraz olunur. İnsan stressli olduğu zaman orqanizmdə kortizol hormonunun səviyyəsi yüksəlir.
Kortizolun uzun müddət yüksək səviyyədə olması müxtəlif mənfi nəticələrə səbəb olur
- Yüksək qan şəkəri
- İmmunitetin zəifləməsi
- Artıq çəki
Kortizol ifrazı fərdlər arasında dəyişir. İnsan bioloji olaraq stressə fərqli reaksiya verir. Bir insan digər insana nəzərən eyni hadisəyə fərqli reaksiya verə bilər. Sağlam həyat üçün stresdən uzaq olmaq vacibdir.

