PediatriyaPediatriya

23.02.2018Sağlamlıq məqalələri

Körpə uşaqların bir yaşınadək qidalanma forması onun sonrakı dövrdə

Körpə uşaqların bir yaşınadək qidalanma forması onun sonrakı dövrdə sağlamlığına və inkişafına təsir edir. Buna bağlı olaraq körpənizin doğulduğu andan etibarən ilk 6 ay ərzində sadəcə ana südü və 6 ayından sonra ona əlavə qidaların verilməsinə başlanılır, əmizdirmə isə 2 yaşınadək davam etdirilə bilər.

7-ci ay - ana südü, ana südünü əvəz edən qidalar, qatıq, meyvə şirəsi və püresi, tərəvəz əzmələri, yumurta sarısı, şorbalar, bəkməz

8-12-ci ay - ana südü, ana südünü əvəz edən qidalar, qatıq, meyvə şirəsi və püresi, tərəvəz əzmələri, bütöv yumurta, şorbalar, paxlakimilərdən hazırlanmış pürelər, katlet, toyuq, balıq

1 yaşdan böyük – ana südü, evdə bişirilmiş bütün yeməklər (inək südü və bal)

6 ay davam edən əmizdirmədən sonra körpələrə ana südü yetərli olmaz. Bu səbəblə əlavə qidalara keçilir, əlavə qidalara bir-bir və bir qaşıqla başlayaraq hər gün miqdarı artırılır və yeni əlavə qidanın 1-2 gün ara ilə verilməsi çox vacibdir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.