Mammologiya

16.03.2018Sağlamlıq məqalələri

Mastalgiya süd vəzi ağrılarına verilən ümumi addır

Mastalgiya süd vəzi ağrılarına verilən ümumi addır. Süd vəzində ağrılar qadınlarda tez-tez rast gəlinən şikayətdir və fibrokistik dəyişikliklərin ən əsas əlamətlərindən biridir. 50 yaşından aşağı qadınların 70%-də mastalgiya rast gəlinir. Aybaşı dövründən 1-4 gün əvvəl süd vəzində ağrılar normaldır. Beş gündən çox davam edən süd vəzi ağrıları mastalgiyadır.

Mastalgiya iki qrupa bölünür

  • Aybaşı dövrünə bağlı olaraq özünü büruzə verən ağrılar
  • Aybaşı dövrünə bağlı olmayan mütəmadi və ya arada bir olan ağrılar

Mastalgiyaların 25%-i 2-ci qrupa aiddir.

Səbəbləri

  • Fibrokistik dəyişikliklər
  • Stress, gərginlik
  • Hormonal dəyişikliklər

Fiziki müayinə, süd vəzi USM ilə diaqnoz təyin edilir. Müalicəsi həkim tərəfindən səbəbinə uyğun şəkildə aparılır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.