Melatonin beyindəki epifiz vəzinin ifraz etdiyi hormondur
Melatonin beyindəki epifiz vəzinin ifraz etdiyi hormondur. Bu hormonun normal yuxunun təmin olunmasında xüsusi rolu vardır.
Yaş artdıqca melatoninin ifrazı aşağı düşür. Bundan əlavə, melatonin ifrazının azalmasına aşağıda qeyd olunanlar səbəb olur:
Stress
Spirtli içki
Həddən artıq çay və qəhvə qəbulu
İşıq
Səs
Kompüter arxasında çox oturmaq
Melatonin hormonunun antioksidant xüsusiyyəti, bədən hüceyrələrini yeniləyən funksiyası vardır. Demək olar ki, bədən hüceyrələrinin hər birinə təsir edə bilir, həmçinin, bədən DNT-lərini özünə məxsus bir şəkildə qoruyur və bir problem olduğu halda onların yenilənməsinə köməklik edir.

