Yanlış: Ürək-damar xəstəlikləri sadəcə kişilərdə rast gəlinir
Yanlış: Ürək-damar xəstəlikləri sadəcə kişilərdə rast gəlinir.
Doğru: Uzun müddətdir ki, ürək-damar xəstəliklərindən həyatını itirən qadınların sayı kişilərlə nisbətdə daha çoxdur. Ürək-damar xəstəlikləri kişilərlə yanaşı 65 yaşdan yuxarı qadınlarda rast gəlinən xəstəliklərdəndir.
Yanlış: İnfarkt olduqdan sonra idman edilməməlidir.
Doğru: Kardioloqun məsləhəti ilə ən qısa müddətdə infarkt keçirmiş pasiyentlər üçün xüsusi məşq planı hazırlanmalıdır. Tədqiqatlar göstərir ki, mütəmadi fiziki aktivlik və sağlam həyat tərzi infarktdan sonrakı yaşam müddətinə müsbət təsir edir.
Yanlış: Ailədə ürək-damar xəstəlik tarixçəsi yoxdursa, infarkt riski də yoxdur.
Doğru: Ailədə ürək-damar xəstəliyi tarixçəsinin olması xəstəliyə tutulma riskini iki dəfə artırır. Ancaq bununla yanaşı, yüksək təzyiq, diabet, siqaret, çəki artıqlığı və hərəkətsiz həyat tərzi ürək-damar xəstəliklərinə geniş şərait yaradır.

