AORTA KORONAR ŞUNTLAMA Koronar (tac) arteriyalar ürəyin qan dövranını
Aorta Koronar Şuntlama
Koronar (tac) arteriyalar ürəyin qan dövranını təmin edən damarlardır. Zaman keçdikcə bu damarlarda daralmalar və tromblar yaranır. Bunun nəticəsində ürək özünü qan ilə təmin etmir və getdikcə öz funksiyasını itirir, nəticədə insanın infarkt olma ehtimalı artır. Kritik səviyyədə daralmış və tromblaşmış ürək damarlarının əvəzlənməsinə “aorta koronar şuntlama” (bypass) əməliyyatı deyilir.
Aorta koronar şuntlama əməliyyatının iki növü vardır
- Ürəyi dayandırmadan, işləyən ürəkdə edilən “bypass” əməliyyatı;
Ürəyi dayandırıb süni qan dövranı aparatı ilə edilən “bypass” əməliyyatı; “Bypass” əməliyyatı zamanı ayaqdakı vena damarından, yuxarı ətraflardan - radial arteriyasından, sinə nahiyəsindəki- daxili mammariya arteriyalardan istifadə edilir. Bu damarlardan lazımi ölçüdə götürülən damar ürəkdən çıxan aorta damarı ilə koronar (tac) arteriyanın tıxanıqlıq olmayan hissəsini körpü kimi birləşdirərək normal qan dövranını təmin edir.
Əməliyyat Ürək-damar Cərrahı Uzm.dr. Sərxan Həsənov Tərəfindən İcra Edilir.

