Daxili xəstəliklərDaxili xəstəliklər

08.08.2019Tədbirlər və layihələr

DAXİLİ XƏSTƏLİKLƏR BÖLMƏSİ Orqanizmdə olan hər hansı şikayətlərlə

Daxili Xəstəliklər Bölməsi

Orqanizmdə olan hər hansı şikayətlərlə bağlı ilk növbədə həkim-terapevtə müraciət edilir. Həkim terapevt öz ixtisası üzrə olan xəstəlikləri müalicə edir, eyni zamanda müalicə zamanı effektli nəticə əldə etmək üçün xəstədən müxtəlif ixtisaslı konsultant həkimlərin laborator və instrumental müayinələrindən keçməsini tələb edir. Terapevt həkim xəstəni müxtəlif ixtisaslı mütəxəssislərin (cərrah, otolarinqoloq, oftalmoloq, uroloq, proktoloq və s.) müayinəsinə göndərsə də, bütün rəyləri nəzərə alaraq, nəticədə müalicə üsulunu özü müəyyənləşdirir.

Daxili xəstəliklər bölməsi ambulator və stasionar bölmələri ilə (həmçinin intensiv blok – ağır, reanimasiya tədbirlərinə ehtiyacı olan xəstələr üçün nəzərdə tutulub) sizin xidmətinizdədir!

Daxili xəstəliklər bölməsində bütün müayinə və müalicə sahələri üzrə individual proqrama əsasən xidmətlər göstərilir.

Müalicə edilən xəstəliklər

  • Mədə və bağırsaq xəstəlikləri
  • Böyrək və nefroloji xəstəliklər
  • Ağciyər xəstəlikləri
  • Endokrin sistemin xəstəlikləri
  • Revmatoloji
  • Döş qəfəsi xəstəlikləri
  • Qan xəstəlikləri
  • Şəkərli diabet
  • Tiroid vəzi xəstəlikləri
  • Qaraciyər xəstəlikləri
  • Hepatit
  • Revmatizma
  • İnfeksion və parazit xəstəlikləri

Böyrək xəstəlikləri və s.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.