Dərmanların həddindən artıq dozada istifadə edilməsi bədənin bir çox
Dərmanların həddindən artıq dozada istifadə edilməsi bədənin bir çox hissəsinə təsir edərək zəhərlənmələr və ölümcül səbəblər yarada bilər.
İnsanlar ən kiçik ağrılarda belə dərman qəbul edirlər. Halbuki tez-tez dərman qəbul etmək bədəni dərmana qarşı öyrədir və növbəti dəfə dərmanın təsiri azalır. Ağrı dözülməz olduğu halda dərman qəbul etmək lazımdır. Əks halda bədən dərmanla sadəcə zəhərlənir.
Bu səbəblə dərmanların həkim tərəfindən təyini, həkim nəzarəti altında istifadə edilməsi çox vacibdir. Əsasən şəkərli diyabet, təzyiq və ürək xəstəlikləri olan insanlar istifadə etdikləri dərmanları nə vaxt, necə və hansı dozada istifadə edəcəklərini tam və dəqiq bilməlidirlər.

