StomatologiyaStomatologiya

17.08.2019Sağlamlıq məqalələri

Diyetologiya Bölməsi Diyetologiya bölməsində artıq çəki və piylənməyə

Diyetologiya Bölməsi

Diyetologiya bölməsində artıq çəki və piylənməyə səbəb olan maddələr mübadiləsi pozğunluğu xəstəliklərinin və onların fəsadlarının, müasir standartlar və protokollar əsasında diaqnostikası və müalicəsi aparılır.

Bölməmizə müraciət edən hər bir xəstəyə kompleks yanaşma tətbiq olunaraq artıq çəkinin səbəbləri endokrinoloji, kardioloji, qastroenteroloji, psixonevroloji və digər aspektlərdən araşdırılır və ən effektiv müalicə strategiyası seçilir.

Həkim-mütəxəssis tərəfindən pasiyentin bədən çəkisinin peşəkar seqmentar analizi aparılır və orqanizmdəki piy, su, skelet, əzələ faizi müəyyən olunur. Xüsusi sorğu-anket blankı vasitəsi ilə pasiyentin fərdi məlumatları, xəstəlik tarixi, qidalanma tərzi, fiziki aktivlik dərəcəsi, ətraf sosial mühiti, motivatorları və digər artıq çəki probleminə səbəb olan faktorlar detallı şəkildə araşdırılır.

Pasiyentlərə öncədən və müalicə proqramı zamanı xüsusi "qida gündəliyi" tərtib olunur ki, bunun vasitəsilə onlar həkim-mütəxəssisin nəzarəti altında ziyanlı qida vərdişlərinin yeni və sağlam vərdişlərlə əvəz olunmasına nail olurlar. Ayrıca olaraq həkim-mütəxəssis tərəfindən fərdi kouçinq metodikasından istifadə etməklə pasiyentlərin vərdişlərinin dəyişdirilməsi, yeni vərdişlərin əmələ gəlməsi və davranış terapiyası aparılır ki, bu da gələcəkdə əldə olunmuş uğurlu nəticələrin davamlı olaraq saxlanılmasına və artıq çəkinin geri qayıtmamasına zəmin yaradır.

Müalicə edilən xəstəliklər

  • Metabolik sindrom
  • Artıq çəki

Piylənmə və s.

İcra edilən prosedurlar

  • Pasiyentlərin bədən çəkisinin peşəkar seqmentar analizi
  • Fərdi sağlam qidalanma planının tərtib olunması və dəyişdirilməsi
  • Fərdi arıqlama və çəki artırma planının təyini

Maddələr mübadiləsinin pozğunluğu ilə müşahidə olunan müxtəlif xəstəliklərə düzgün qidalanma planının təyini

Xəstəxana daxili qidalanma planının təyini

Qida gündəliyinin tərtibi və aparılması

Ziyanlı vərdişlərin aydınlaşdırılması və sağlam vərdişlərlə əvəz olunması

Pasiyentlərin fərdi kouçinqi

Koqnitiv davranış terapiyasının aparılması və s.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.