Fəqərəarası disk yırtığı, patoloji hal olub, zədələnmiş və
Fəqərəarası disk yırtığı, patoloji hal olub, zədələnmiş və dəyişikliyə uğramış pulpoz nüvənin bir hissəsinin fibroz halqanın yarığından kənara çıxaraq, onun cırılmasına və ya normal fizioloji hüdudlarından kənara çıxmasına səbəb olur, onurğa kanalının boşluğuna düşür və ya fəqərənin cisminə nüfuz edir. Əgər fibroz halqanın tamlığı pozulmayıbsa, onun dəyişikliyə məruz qalmış pulpoz nüvənin parçalarının təsiri nəticəsində qabarması diskin protruziyası kimi qiymətləndirilir. Tez-tez "protruziya" termini yırtığın ölçüsünü göstərmək üçün istifadə olunur ki, bu da vəziyyətin yanlış təsvirinə gətirib çıxarır. Fəqərəarası diskin yırtığı 100 min nəfərdən 100-də rast gəlinir. Bu xəstəlik ən çox 30-50 yaşlı insanlarda baş verir. Fəqərələrarası disk yırtığının konservativ və cərrahi müalicəsi Fəqərələrarası disk yırtığı bel və boyun şöbəsində müşahidə olunarsa, ağrını azaltmaq və xəstəliyin digər simptomlarını aradan qaldırmaq üçün qeyri-cərrahi müalicə adətən 4-6 həftə ərzində aparılır. Müalicə məqsədilə fizioterapiya tətbiq edilir, pasiyentə düzgün bədən mexanikası öyrədilir (ağırlığın düzgün qaldırmaq qaydası, fiziki aktivlik və s.). Adətən konservativ müalicə altı həftə ərzində aparılır və özündə aşağıdakıları birləşdirir:
Fizioterapiya, fiziki hərəkətlər və dartınma hərəkətləri sinir kökü və onurğa beyinin sıxılmasının aradan qaldırılmasına kömək edir;
Ağrı sindromunu aradan qaldırmaq üçün isti və ya soyuğun yerli tətbiqi;
Manual terapiya, massaj; Konservativ terapiya ağrını və fəqərə yırtığının digər simptomlarını effektiv aradan qaldırarsa, bu müalicəni davam etdirmək olar. Əgər konservativ müalicə lazımi effekti verməzsə, həkim cərrahi müalicə tövsiyə edə bilər.

