PRICK TEST– ALLERGİK DƏRİ SINAĞI Prick test (ingilis dilində iynə
Prıck Test– Allergik Dəri Sınağı
Prick test (ingilis dilində iynə mənasını verir) allergik xəstəliklərin müəyyən edilməsi üçün dəri üzərində edilən testlərdən biridir. Prick test diaqnoz qoyulması üçün ən çox istifadə edilən, asan, düzgün, tez nəticə verən və az maliyyət tələb edən bir testdir. Prick testdə yoxlanılan allergenlər ətrafımızda olan ot, ağaclar, heyvan tükləri, ev tozları və qidalardır.
Prick test əsasən qolun iç tərəfində və beldə edilir. Allergen tərkibli maye test materialı dəriyə damcı-damcı tökülür. Allergen maddənin dəridəki kiçik cızığa sızması və “allergiya hüceyrələri” ilə birləşməsinə şərait yaradılır. Test edildikdən 15-20 dəqiqə sonra nəticələr dəyərləndirilir.
Bəzi dərman preparatları testin nəticəsinə təsir edir,ona görə də prik testi etməzdən 15 gün əvvəl aşağıda qeyd olunan preparatların qəbulu dayandırılmalıdır.
Bütün antihistaminlər (Tavegyl, Atarax, Avil, Alset, Allerset, Cetryn, Hitrizin, Terfendin, Fexofenadin, Klaritin, Loritin, Lordes, Aerius, Ketotifen, Fenistil)
Siproheptadin (Siprokten, ptakten)
Difenhidramin (dimedrol, Benodryl, Fenotrol)
Bilastin (Niksar)
Prometazin (Diprazin, pipolfen)
Peroral qlukokortikoidlər
Pseudoepinefrin (coldrex, hotrem, tylol hot, no-grip,paraferin-plus, efidro)
Antidepresantlar və trankvlizatorlar
Azelastin (Allergodil) və s.
Həkim Allerqoloq - Dr.Elvira Qapaqova
Əlavə məlumat almaq üçün
- ://gbx.az/


