(PRP) – proseduru Dermatokosmetoloq Dr. Ülfət Həsənova tərəfindən
(PRP) – proseduru Dermatokosmetoloq Dr. Ülfət Həsənova tərəfindən icra edilir.
Plazmolifting (PRP) müalicəsi dəri ləkələrinin yüngülləşdirilməsini, sızanaq izlərinin aradan qaldırılmasını, dərinin daha gərgin, canlı və parlaq görünməsini təmin edir. Proses zamanı əvvəl xəstənin öz qanı steril bir mühitdə alınır. Xüsusi bir sentrifuqa cihazında yüksək sürətdə və müəyyən müddətlərdə çevrilir. Ayrılan qan hüceyrələri, bəzi qarışıqlar sayəsində ayrılır. Qanın qırmızı və ağ hüceyrələri dibə çökərkən, trombositlə zəngin hissəsi plazma ayrılır. Trombositlə zəngin bu plazma, müalicə ediləcək bölgəyə mikroiynə yolu ilə tətbiq edilir. Regenerasiya təxminən 30 dəqiqə davam edir.
PRP problemli olan hər hansı bir bölgəyə, ümumiyyətlə üz, boyun, əl və ayaq kimi sahələrə tətbiq olunur. Prosedurdan 3-4 həftə sonra ləkələrin və incə qırışların solduğunu və azaldığını, üzdə lifting təsiri ortaya çıxdığını və dərinin daha parlaq və canlı göründüyünü müşahidə etmək olar.
Bu üsulda insanın öz qanı istifadə edildiyindən yan təsirləri müşahidə edilmir. Tətbiq edilən maddə xəstənin öz qanı ilə hazırlandığı üçün allergiya riski yoxdur. Yalnız prosedur əsnasında qızartı meydana gələ bilir və bu qızartı da bir neçə saat sonra tamamilə keçir.

