Rentgenoqrafiya obyektiv üsul kimi patoloji proseslərin
Rentgenoqrafiya obyektiv üsul kimi patoloji proseslərin öyrənilməsində və onların dinamiki gedişinin izlənməsində mühüm rol oynayır. Rentgenoskopiyada görünməyən kiçik və incə dəyişikliklər rentgenoqramda asanlıqla aşkar edilir. Ona görə də rentgenoqrafiyadan sümük-oynaq sistemində, ağciyərin və digər daxili üzvlərin kiçik patoloji hallarında istifadə olunur.
Rentgen şüaları vasitəsi ilə daxili orqanlarda və sümük toxumasında meydana gələn xəstəlikləri asanlıqla müəyyənləşdirmək mümkündür. Rentgenoskopiya və rentgenoqrafiya müayinə metodlarından istifadə etməklə ağciyər və qaraciyər xəstəliklərini, yemək borusunda olan daralmaları, şişləri, mədə və onikibarmaq bağırsaq xorasını, müxtəlif mədə-bağırsaq, öd kisəsi xəstəliklərini, böyrəklərdə olan iltihabı dəqiq müəyyən etmək mümkündür. Sümük toxumasında sınıq, çat və çıxıq olduqda isə onu yalnız rentgenoqrafiya vasitəsilə aşkarlamaq olur.
Damar daxilinə kontrast maddə yeritməklə müxtəlif orqanların damarlarını da rentgen vasitəsilə müəyinə etmək mümkündür.
Rentgen vasitəsi ilə həmçinin kəllənin həm sağ, həm də sol tərəfinin şəklinin alınması mümkündür. Bu zaman oradakı dəyişikliklər, sümüklərin nazilməsi, sınıqlar, çat, damarların diffuz pozğunluqları aydın görünür. Onurğa beyni xəstəliklərində də düzgün diaqnozun qoyulması üçün rentgen şəklinin çəkilməsi vacibdir.
Radiologiya bölməsində aparılan Rentgen müayinələri
- Arxa-ön döş qəfəsi rentgenoqrafiyası
- Onurğa sütunu rentgenoqrafiyası
- Kəllə sümüyü rentgenoqrafiyası
- Körpücük sümüyü rentgenoqrafiyası
- Gicgah-çənə oynağı rentgenoqrafiyası
- Əl biləyi rentgenoqrafiyası
- Döş qəfəsi rentgenoqrafiyası
- Diz oynağı rentgenoqrafiyası
- Dirsək oynağı rentgenoqrafiyası
- Çiyin oynağı rentgenoqrafiyası
- Bud sümüyü rentgenoqrafiyası
- Bel fəqərələri rentgenoqrafiyası
- Boyun fəqərələri rentgenoqrafiyası
- Ayaq biləyi rentgenoqrafiyası
Alın burun boşluğu rentgenoqrafiyası və s.
Əlavə məlumat almaq üçün
- ://gbx.az/


