Ritm Holter - 50AZN Holter 24-48 saat ərzində EKQ yazısını qeydə alan
Arxiv: bu təklif paylaşım tarixində qüvvədə idi. Hazırkı qiymət və şərtlər fərqli ola bilər.
Holter 24-48 saat ərzində EKQ yazısını qeydə alan cihazdır. Bu cihazı xəstə həmin vaxt ərzində üzərində gəzdirir. Adi halda EKQ çəkiləndə proses bir neçə dəqiqə davam edir. Bəzi ürək xəstəliklərində adi halda çəkilən EKQ ilə diaqnoz qoymaq olmur. Xəstəni ən azı 24 saat təqib etmək lazım gəlir. Belə olan halda xəstəyə holter cihazı taxılır.
Holter monitorinqi başlıca olaraq aşağıdakı hallarda istifadə edilir: • Ürək ritmini və ritmdəki anormallıqları müəyyən etmək • Ürək əzələsinin yetərincə qan almadığı dönəmləri araşdırmaq • Dəyişkən sinə ağrısını dəyərləndirmək • Ürək cihazları taxılmış xəstələrdə dəyərləndirmə • Bəzi dərmanların təsirini təqib etmək məqsədilə və s.
Ürək çırpıntısı, nəfəs darlığı, bayılma, sinə ağrıları bir çox səbəblərdən yarana bilər. Holter vasitəsilə bunların ürəklə bağlı olub olmaması müəyyən edilir.
Holter cihazı kəmərə bərkidilir və elektrodları bədənə yapışdırılır. Xəstə normada olduğu kimi aktiv həyatına davam edir. Deyilən müddətdən sonra xəstə gəlir və cihaz kompüterə qoşulur. Nəticədə sutkalıq EKQ araşdırılır və diaqnoz qoyulur.