Tinnitus- xaricdə səs olmadan qulaqlarda səsin- küyün eşidilməsidir
Tinnitus- xaricdə səs olmadan qulaqlarda səsin- küyün eşidilməsidir. Bəziləri bu küyü yalnız sakitlikdə eşidir, digərlərini isə küy bütün gün ərzində narahat edir, daha sakit və ya daha güclü olur. Bu xoşagəlməz simptom bəzi insanların iş qabiliyyətinə və həyatına xeyli mənfi təsir edir, bəzilərini isə bu heç narahat etmir. Araşdırmalara görə, dünyada yaşayan insanların təxminən 5%-i xroniki tinnitusdan əziyyət çəkir. Əvvəl küy daha zəif olur, vaxt keçdikcə artır, insan buna daha çox fikir verməli olur, onun diqqəti, yuxusu və istirahəti pozulur, müxtəlif qorxular, depressiya inkişaf edir. Tinnitus özlüyündə xəstəlik olmayıb, bir neçə səbəbdən meydana çıxa bilən simptomdur.
Qulaqlarda küy bu səbəblərə görə ola bilər
- Qulaq kiri
- Qulaqda iltihabi proseslər
- Qulaq pərdəsinin deşilməsi
- Orta qulaqda maye toplanması
- Orta qulaq sümüklərinin oynaqlarının sərtləşməsi
- Allergiya
- Aşağı və ya yüksək qan təzyiqi
- Şəkərli diabet
Baş və qulaq travmaları.
Beyin qan damarlarının ateroskleroz nəticəsində patoloji daralması
Vestibulyar apparatının fəaliyyətində pozulmalar.
Boyun osteoxondrozu
Nevroz, stress, həddən artıq yorğunluq.
Eşitmə apparatında yaşla bağlı olan dəyişikliklər.
Nevroloji və psixiki pozulmalar.
Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu
Meningit (qulaqlarda küy bu xəstəliyin ilk simptomu ola bilər)
Bunlardan başqa, tinnitus də beyin şişləri kimi ciddi xəstələrin əlaməti ola bilər. Buna görə də, tinnitus problemi varsa, həkimə müraciət etmək vacibdir. Yaranma səbəbləri müxtəlif olduğu kimi, müalicə üsulu da çox fərqlidir. Bu sahədə ixtisaslaşan və tinnitusun əsl səbəbini tapan bir həkimə müraciət etmək vacibdir.

