Urologiya Bölməsi Tibbi texnologiyanın ən son imkanları ilə təchiz
Urologiya Bölməsi
Tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilən Urologiya Şöbəmiz 7/24 saat Sizin xidmətinizdədir
Hər cür endoskopik əməliyyatların icra olunduğu xəstəxanamızda Uroonkoloji ,Uroloji daş xəstəlikləri, uşaq uroloji, qadın uroloji, Noro-uroloji xəstəliklərin müayinə və müalicəsi aparılmaqdadır.
Xəstəxanamızda sidik yollarının daş xəstəliklərində holmium lazer vasitəsi ilə intrarenal daş cərrahiyyəsi, perkutan nefrolitotomiya əməliyyatları icra olunmaqdadır.
Qərb bölgəsində, yalnız Gəncə Beynəlxalq Xəstəxanasında prostat vəzinin Plazma Kinetik aparatı vasitəsi ilə endoskopik cərrahiyyəsi icra olunur.
Klinikamızda eyni zaman kişi sonsuzluğu və kişi cinsi zəifliyinin müalicə və müayinəsi aparılır.
Xəstəxanamızda urodinami bölməmiz fəaliyyət göstərməkdədir.
Müalicə edilən xəstəliklər
- Sidik ifrazat sistemin daş xəstəlikləri
- Sidik ifrazat sistemin onkoloji xəstəlikləri
- Prostat xəstəlikləri
- Kişi cinsi sağlamlığı
- Kişi sonsuzluğu
- Uşaqlarda və böyüklərdə xaya patologiyaları
- Qadın uroloji xəstəlikləri
- Uşaq uroloji xəstəlikləri
- Sidik yolları infeksiyası
Genital infeksiyalar və s.
İcra edilən prosedur və əməliyyatlar
- Perkutan nefrolitotomiya
- Retrograd intrarenal daş cərrahiyyəsi –RIRS
- Holmium lazer ilə endoskopik sidik axarı daşı əməliyyatı
- Qapalı prostat əməliyyatı - Transuretral rezeksiya-TUR
- Açıq prostatektomiya
- Radikal prostatektomiya
- Endoskopik sistolitotomiya (Sidik kisəsi daşı)
- TUR (Sidik kisəsi törəməsi)
- Radikal sistektomiya (Sidik kisəsi törəməsi)
- Varikoselin mikroskopik cərrahiyyəsi
- Sidik-ifrazat sisteminin anadangəlmə patologiyaları
- Hipospadias
Uşaq uroloji əməliyyatları və s.
Əlavə məlumat almaq üçün
- //gbx.az/
