Otorinolarinqologiya (LOR)

02.04.2020Tədbirlər və layihələr

2 Aprel Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd olunur

2 Aprel Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd olunur.

XXI əsrin qlobal problemi hesab edilən autizm ölkəmizdə də ən aktual bir mövzudur.

Qeyri-rəsmi stastistikamıza əsasən ölkəmizdə təxmini 5000 yaxın uşaq və yeniyetmə autizm sindromundan əziyyət çəkir. Getdikcə bu say artmaq üzrədir.

Azərbaycan bu layihəyə Heydər Əliyev Fondu, BMT-nin Uşaq Fondunun (UNİCEF) və ölkəmizdə ilk autizm təşkilatı hesab edilən Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi (ADPYM) İctimai Birliyinin dəstəyi ilə 2012-ci ildə Ümumdünya Autizm günündə qoşulub. İlk dəfə ölkəmizdə bu aksiya zamanı görkəmli binalardan biri Bakı Biznes Mərkəzi, 2013-cü ildə isə H.Əliyev Fondu, UNİCEF və Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin birgə layihəsi əsasında Bakı Four Seasons oteli mavi işığa boyanaraq autizmi tanıdığını bəyan etdi. Həmin ildən etibarən hər il bu aksiya davam edir, ən görkəmli binalar Kristal Zalı (Cristal Holl ), Bakı Four Seasons Ofeli, Bakı Olimpiya Stadionu və s. mavi işığa boyanaraq “Gəlin autizm spektr pozuntularından əziyyət çəkən insanlarla əl-ələ işləməyə, onlara güclü tərəflərini inkişaf etdirməyə və eyni zamanda onların qarşılaşdıqları çətinliklərin qarşısını almağa davam edək və onlara haqları olan layiqli həyat yaşamalarına yardım edək" şüarına qoşularaq mavi işığa burunur, bununla da insanları autizm xəstəliyi haqqında məlumatlandırılır.

Onu da qeryd edək ki, autizmdən əziyyət çəkən uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin simptomları özünü büruzə verir. Ən dəqiq diaqnoz 3 yaşında qoyulur.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.