21.06.2020-05.07.2020 tarixlər arası Təxirəsalınmaz Tibbi Zərurətlə və hər…
21.06.2020-05.07.2020 tarixlər arası Təxirəsalınmaz Tibbi Zərurətlə və hər hansı bir qrafik üzrə Müalicə Almaq səbəbi ilə yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədi ilə 8103 nömrəsinə göndərilən SMS məlumatın mətnində 1 rəqəmi və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. (SMS məlumatlar ödənişsizdir).
Qeyd: İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir.
