Allergiyadan əziyyət çəkirsiniz?
Allergiyadan əziyyət çəkirsiniz? Allegiyanızın nəyə qarşı olduğunu bilmirsiniz?
Gəncə Beynəlxalq Xəstəxanasından ƏLA təklif!
Allergik dəri testləri (Prick Test) Allerqoloq Dr. Elvira Qapaqova tərəfindən icra edilir.
Prick test (ingilis dilində iynə mənasını verir) allergik xəstəliklərin müəyyən edilməsi üçün dəri üzərində edilən testlərdən biridir. Prick test diaqnoz qoyulması üçün ən çox istifadə edilən, asan, düzgün, tez nəticə verən və az maliyyət tələb edən bir testdir. Prick testdə yoxlanılan allergenlər ətrafımızda olan ot, ağaclar, heyvan tükləri, ev tozları və qidalardır.
Prick test əsasən qolun iç tərəfində və beldə edilir. Allergen tərkibli maye test materialı dəriyə damcı-damcı tökülür. Allergen maddənin dəridəki kiçik cızığa sızması və “allergiya hüceyrələri” ilə birləşməsinə şərait yaradılır. Test edildikdən 15-20 dəqiqə sonra nəticələr dəyərləndirilir.
Bəzi dərman preparatları testin nəticəsinə təsir edir,ona görə də prick testi etməzdən 7 gün əvvəl aşağıda qeyd olunan preparatların qəbulu dayandırılmalıdır.
Bütün antihistaminlər (Tavegyl, Atarax, Avil, Alset, Allerset, Cetryn, Hitrizin, Terfendin, Fexofenadin, Klaritin, Loritin, Lordes, Aerius, Ketotifen, Fenistil)
Siproheptadin (Siprokten, ptakten)
Difenhidramin (dimedrol, Benodryl, Fenotrol)
Bilastin (Niksar)
Prometazin (Diprazin, pipolfen)
Peroral qlukokortikoidlər
Pseudoepinefrin (coldrex, hotrem, tylol hot, no-grip,paraferin-plus, efidro)
Antidepresantlar və trankvlizatorlar
Azelastin (Allergodil) və s.


