PediatriyaPediatriya

11.01.2020Sağlamlıq məqalələri

Ana südü ilə güclü gələcəyə

Ana Südü İlə Güclü Gələcəyə!

Körpələrin ana südü ilə qidalanması həm ananın, həm də körpəsinin gələcək həyatı üçün çox vacibdir. Doğuşdan sonra ilkin olaraq ana südü ilə qidalandılması körpənin sağlam gələcəyinin təməlini qoyur. Ana südü ilə qidalanan körpənin sümüyü möhkəm, immuniteti güclü olur. Müəyyən edilmişdir ki, ana südü erkən ontogenez mərhələlərində körpənin metabolik xüsusiyyətlərinə uyğundur. Körpənin ümumi inkişafına, onun harmonik böyüməsinə, davranma və psixi reaksiyaların inkişafına müsbət təsir göstərir. Uşaqların gələcəkdə daha yüksək intelektual inkişafına zəmin yaradır.

Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır. Ona görə də hər bir ana döş ilə əmizdirməyin nə üçün vacib olduğunu, ana südünün hansı üstünlüklərə malik olduğunu bilməlidir. Eyni zamanda analar ana südü ilə süni qatışıqlar arasındakı fərqi və süni qidalanmanın təhlükələri ilə də məlumatlandırılmalıdırlar. Hər bir ana çalışmalıdır ki, ana südü ilə əmizdirməni mümkün qədər davam etdirsin. Döşlə əmizdirmə körpə doğulduqdan sonra ilk yarım saat ilə bir saat arasında yerinə yetirilməlidir.

Döşlə əmizdirmə həmçinin ananın öz sağlamlığına da müsbət təsir göstərir

  • *Körpəyə bir-iki il ərzində südün verilməsi süd vəzi xərçənginin qarşısını alır;
  • *Doğuşdan sonrakı qanaxmaların, anemiyanın yaranma ehtimalını azaldır;
  • *Süd vəzilərini və yumurtalıqları müxtəlif şişlərdən qoruyur;
  • *Altı ay ərzində növbəti hamiləlik riskini azaldır;

*Osteoporozun qarşısını alır.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.