Ginekologiya

17.02.2020Xidmət və avadanlıq

Check-Up cinsindən və yaşından asılı olmayaraq hər kəs üçün vacib

Check-Up cinsindən və yaşından asılı olmayaraq hər kəs üçün vacib skrininq metodudur. Diabet, xolesterol yüksəkliyi, ürək-damar xəstəlikləri, süd vəzi, uşaqlıq və uşaqlıq boynu, yoğun bağırsaq, sidik kisəsi və prostat vəzi kimi bəzi orqanların xərçənginin, həmçinin osteoporoz kimi xəstəliklərin rastgəlmə tezliyinin artması sağlamlıq müayinələrinin müntəzəm aparılmasını vacib edir. Xüsusilə də genetik risk daşıyan şəxslərin ən azı ildə bir dəfə Check-Up müayinədən keçmələri ilə qeyd edilən xəstəliklərin qarşısını almaq mümkündür.

Hər hansı sağlamlıq problemi olmayan insanlar ildə bir dəfə ümumi Check Up müayinədən keçməlidilər. Yaş, çəki, irsi faktor, əvvəllər keçirilmiş xəstəlik anamnezi və həyat tərzi kimi bir çox nüanslar nəzərə alınaraq hər bir şəxs üçün fərdi Check UP paketi də hazırlana bilər.

Əksər hallarda mühüm şikayətlərimiz olmadan həkimə müraciət etmirik. Halbuki gündəlik həyatımızda əhəmiyyət vermədiyimiz halsızlıq, yorğunluq, başağrısı kimi problemlər ciddi xəstəliyin əlamətləri ola bilər. Bəzən isə həyati təhlükəsi olan xəstəliklər hər hansı simptom olmadan inkişaf edir. Hər il mütəmadi aparılan sağlamlıq müayinələri bu xəstəliklərin aşkar olunması baxımından vacibdir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.