İnsulin əzələ və qaraciyərdə və digər üzvlərdə şəkərin istifadəsini
İnsulin əzələ və qaraciyərdə və digər üzvlərdə şəkərin istifadəsini, toxumalara şəkərin alınmasını və istifadə edilməsini təmin edən, mədəaltı vəzidən ifraz olunan bir hormondur. Toxumalarda insulin dirənci varsa şəkərin toxumalara alınıb, istifadə edilməsi, yandırılması çətin olur. Bu vəziyyət daha çox insulin ifrazına səbəb olur.
İnsulin dirənci, sağlam qidalanmanıza və idman etmənizə baxmayaraq kilo almağınıza səbəb olur. Çünki çox ifraz olunan insulin, alınan qidaların yağ olaraq depolanmasına səbəb olur. Zamanla daha çox ifraz olunan insulin zaman içində pankreatiti yorar. Bu vəziyyət zamanla insulin ifrazının azalmasına və diabet xəstəliyinə ,diabetönü hala gətirib çıxara bilər.
İnsulin dirənci olan şəxslərin bunu hiss etməsi mümkün deyil. Qanda şəkərin və insulinin səviyyəsinə əsasən insulin dirənci təyin edilir.
İnsulin dirəncindən daha çox əzələ və qaraciyər toxuması təsir görür. Qandakı şəkər əzələlər və qaraciyər tərəfindən çox miqdarda alınır. Əgər dirənc varsa yəni insulin yetərincə təsirli deyilsə, yemək sonrası qanda artan şəkər əzələ və qaraciyərə daxil ola bilmədiyi üçün qanda toplanmağa başlar və qan şəkəri yüksələr.
İnsulin dirəncinə kilolu insanlarda daha çox rast gəlinir və bu səbəbdən kilo artdıqca bu dirənc artar və şəkər xəstəliyi görülmə tezliyi artar. Özəlliklə yağın qarında iç organlar ətrafında toplanması şəkər xəstəliyi risqini daha çox artırır.
İnsulin səviyəsi yüksək insanlar çox sürətlə kilo alır və çətin kilo verirlər. Kilo artdıqca insulin dirənci artar, kilo verdikcə isə azalar.
İnsulin Dirəncinin Göstəriciləri
- 1. Yorğunluq, halsızlıq
- 2. Sürətli Kilo alma
- 3. Çətin kilo vermə
- 4. Doymama hissi, tez-tez acıma
- 5. Yuxu basması
- 6. Gün içində tez tez aclıq krizlərinin olması
- 7. Şirin qidalara meyillilik
- 8. Kilo verə bilməmə
- 9. Tərləmə
- 10. Qarın ətrafı və bel nahiyyəsində piylənmə
- 11. Qadınlarda qalçalarda və göbək ətrafı yağlanma
- 12. Yüksək təzyiq
- 13. Cinsi həvəsin azalması
- 14. Diqqət pozğunluğu
- 15. Unutqanlıq
- 16. Yeməklərdən sonra yuxulama

