XəstəxanaXəstəxana

13.03.2020Tədbirlər və layihələr

JCI (JOINT COMMISSION INTERNATIONAL) Gəncə Beynəlxalq Xəstəxanası

Jcı (joınt Commıssıon Internatıonal)

Gəncə Beynəlxalq Xəstəxanası JCI(Joint Commission International) akkreditasiyasına malikdir, xəstələrə maksimal keyfiyyətli xidmət və təhlükəsizliyin təmin edilməsi standartları üzrə çalışır.

Keyfiyyət siyasəti

Gəncə Beynəlxalq Xəstəxanası olaraq işimizi beynəlxalq keyfiyyət standartları, xəstə təhlükəsizliyi və etik dəyərlər üzərində qurmuşuq.

Keyfiyyət yaxşılaşdırma məqsədinə uyğun şəkildə yeni hədəflər təyin edir, bunun üçün addımlar atır, atılan addımların doğruluğuna nəzarət edirik.

Xidmət keyfiyyətimizin sənədləşdirilməsi məqsədilə beynəlxalq aləmdə tanınan JCI (Joint Commission International) təşkilatına müraciət edərək Qafqazda ilk akkreditə olunmuş xəstəxana adını qazandıq.

Beynəlxalq Xəstə Təhlükəsizliyi Hədəflərimiz

  • Xəstə kimliyinin düzgün müəyyən edilməsi
  • Effektiv ünsiyyətin yaxşılaşdırılması
  • Yüksək riskli dərmanların təhlükəsizliyinin təmin edilməsi
  • Düzgün tərəf, düzgün prosedur, düzgün xəstə cərrahiyyəsinin zəmanət altına alınması
  • Tibbi müayinə ilə müvafiq infeksiya riskinin azaldılması
  • Yıxılma hadisələri nəticələrinin, zədələnmə riskinin azaldılması

Xəstələrə yüksək keyfiyyətli xidmət və təhlükəsizliyin təmin edilməsi standartları üzrə fəaliyyət göstərən Gəncə Beynəlxalq Xəstəxanası 2019-cu ildə 2-ci dəfə Joint Commission International (JCI) Akreditasiyası əldə edib. Bu tibb ocağında yaradılan şərait, əldə edilən uğurlar hər zaman beynəlxalq təşkilat tərəfindən də yüksək qiymətləndirilib. Qafqaz regionunda təltif olunma şərəfinə nail olan ilk xəstəxana Gəncə Beynəlxalq Xəstəxanasıdır. Qeyd edək ki, JCI qeyri-kommersiya təşkilatı 1994-cü ildə təsis edilib. Başlıca məqsəd tibb mərkəzlərində xəstəyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin və xəstə təhlükəsizliyinin ölçülməsidir. JCI bütün dünyada səhiyyə mərkəzlərinin akkreditasiyasını icra edən ən nüfuzlu və etibarlı təşkilat kimi qəbul olunur. Akkreditasiyanın əldə edilməsi üçün xəstəxana JCI tərəfindən tərtib edilən, elmi sübutlara əsaslanan və dünyanın aparıcı mütəxəssisləri tərəfindən təsdiqlənmiş 1200-dən çox kriteriya və standartlar üzrə qiymətləndirilir.

Bizimlə əlaqə saxlayın

Sualınızı zənglə verin və ya xəstəxanaya gəlin. Təcili tibbi yardım 24 saat fəaliyyətdədir.