Kəsiksiz və qansız boğaz əti əməliyyatı xəstə boğaz əti infeksiya
Kəsiksiz Və Qansız Boğaz Əti Əməliyyatı
Xəstə boğaz əti infeksiya mənbəyidir. Xəstə boğaz əti tez-tez irinləyib boğaz ağrısına, yüksək bədən temperaturuna səbəb olur. Xəstə boğaz əti oynaqlarda ağrı yaradaraq (xüsusəndə diz oynaqlarında) oynaq xəstəliklərinə təkan verə bilər, boğaz əti içərisində irinli tıxaclar yaranaraq ağızda pis iyə və pis dada səbəb ola bilər, ürək və ürək qapaqlarında dəyişikliyə səbəb ola bilər, böyrəklərdə qlomerulonefrit denilən xəstəliyin yaranmasına səbəb ola bilər.
Tonsillectomy dediyimiz boğaz ətinin xaric edilməsi əməliyyatı əvvəllər olduğu kimi qorxulu deyil. Əvvələr lokal anestezi (yerli keyləşdirmə üsulu) ilə əllər baglanırdı və xəstənin gözü görə görə əziyyət verilərək əməliyyat edilirdisə, indi müasir üsul ilə xəstə tamamilə yatırılır və heç bir ağrı hiss etmir.
Thermal Welding üsulu ilə aparılan əməliyyatda kəsik və qan olmur. Bununla da xəstənin normal yaşamına qayıtması tezləşir, əməliyyatdan sonra qanama risqi minumuma enir. Eyni zamanda burun əti böyüməsi olan xəstələrimizdə endoskopik olaraq (kamera ilə) adenoid dediyimiz burun əti yapışdığı yerdən bütünlüklə xaric edilir.

